“Qərb ölkələri Ukraynada uzunmüddətli müharibəyə hazırdır və nə qədər lazımdırsa, Kiyevi dəstəkləyəcək”.
Bakupost.az “Bloomberg”ə istinadən xəbər verir ki, bunu Kanadanın Baş naziri Castin Trüdo deyib.
“G7 və NATO-da apardığımız danışıqlara əsasən, biz uzunmüddətli müharibəyə hazırıq, çünki Rusiyanın qalib gəlməsinə imkan verə bilmərik və etməməliyik”, – Trüdo vurğulayıb.
