Telefon danışığı zamanı Yens Stoltenberq Ərdoğana həmin insidentlə bağlı lazımi araşdırmanın aparıldığını bildirib, bununla bağlı görülən tədbirlər haqqında məlumat verib. Bütün bunların Türkiyə-NATO münasibətlərinə xələl gətirməyəcəyinə ümidvar olduğu qeyd edib. NATO rəhbəri gələcəkdə bu kimi halların təkrarlanmayacağı üçün tədbirlərin görüləcəyinə dair Ərdoğanı əmin edib.

Norveçdə keçirilən təlim zamanı hədəf lövhəsi olaraq, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Türkiyə Cümhuriyyətinin qurucusu Atatürkün fotoları seçilib.