Çərşənbə axşamı , Dekabr 5 2023
Ana səhifə / Dünya / NATO-dan Rusiyaya çağırış: Qoşunları çıxart!

NATO-dan Rusiyaya çağırış: Qoşunları çıxart!

NATO Baş katibi Yens Stoltenberq Brüsseldə Moldovanın Baş naziri Dorin Reçan ilə görüşüb.

Bu barədə Alyans rəhbəri X sosial şəbəkəsində qeyd edib.
O bildirib ki, NATO Moldovanın suverenliyini tam dəstəkləyir, yəni Dnestryanının müstəqilliyini tanımır:

“Hörmətli tərəfdaşımız Moldovanın Baş naziri Dorin Reçan ilə görüşməyimə şadam. NATO sizin suverenliyinizi və ərazi bütövlüyünü tam dəstəkləyir və biz Rusiyanı öz qoşunlarını ərazinizdən tamamilə çıxarmağa çağırırıq”, – Stoltenberq yazıb.

O əlavə edib ki, Moldova NATO-nun dəstəyinə arxalana bilər.

Həmçinin oxuyun

Ceyms O’Brayn Azərbaycana gəlir

ABŞ-nin dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayn Azərbaycan və Rumıniyaya səfər …