Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Dünya / NATO Belarusu hədələdi: “Təxribat riskinə qarşı ayıq-sayıq olacağıq“

NATO Belarusu hədələdi: “Təxribat riskinə qarşı ayıq-sayıq olacağıq“

NATO Polşa-Belarus sərhədindəki vəziyyətlə bağlı bəyanat yayıb.

Belə ki, NATO son günlər Polşa-Belarus sərhədindəki vəziyyətlə bağlı mövqeyini açıqlayıb. 

“Şimali Atlantika Şurası siyasi məqsədlər üçün Polşa, Litva və Latviyaya qarşı yönəlmiş hibrid hücumların bir hissəsi kimi Belarus tərəfindən süni şəkildə yaradılmış qeyri-qanuni miqrasiyanın davamlı alətə çevrilməsini qətiyyətlə pisləyir.

NATO Polşa, Litva, Latviya və təsirə məruz qalan digər müttəfiq dövlətlərlə həmrəydir. Vacib beynəlxalq tərəfdaşlarla yaxın koordinasiya tələb edən vəziyyətə cavab olaraq fundamental dəyərlərə və beynəlxalq hüquqa əsaslanan müttəfiqlər tərəfindən fərdi və kollektiv şəkildə atılan addımları dəstəkləyir.

Biz Belarusun Polşa, Litva və Latviya ilə sərhədlərində növbəti eskalasiya və təxribat riskinə qarşı ayıq-sayıq olacağıq və onun Alyansın təhlükəsizliyinə təsirlərini izləməyə davam edəcəyik. NATO müttəfiqləri Belarusu bu hərəkətləri dayandırmağa, insan hüquq və əsas azadlıqlarına hörmət etməyə və beynəlxalq hüquqa riayət etməyə çağırır”.

Həmçinin oxuyun

Rusiyada Harri Kasparovun həbsinə qərar verildi

Erməniəsilli Rusiya şahmatçısı Harri Kasparov və Dövlət Dumasının keçmiş deputatı Gennadi Qudkov “terror icması” yaratmaqda …