Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Dünya / NATO baş katibi: Suriyadakı hərbi əməliyyatı dəstəkləyirik

NATO baş katibi: Suriyadakı hərbi əməliyyatı dəstəkləyirik

“Hərbi əməliyyatı dəstəkləyirik. Kimyəvi hücuma görə məsuliyyət daşıyan hər kəs cavab verməlidir”.

APA-nın xəbərinə görə, bu barədə NATO-nun baş katibi Ceyns Stotlenberqin yazılı bəyanatında deyilir.

C. Stotlenberq bəyanatında ABŞ , Böyük Britaniya və Fransanın Bəşər Əsədin kimyəvi silah bazalarına yönəlmiş hərbi əməliyyatını dəstəklədiyini ifadə edərək, bu hücumun rejimin Suriya xalqına yenidən kimyəvi hücum təşkil etmək gücünü zəiflədəcəyini deyib. “Kimyəvi silahların istifadəsi qəbuledilməzdir və məsuliyyət daşıyanlar cavab verməlidir. NATO kimyəvi silahlardan istifadəni beynəlxalq sülhə bir təhdid olaraq görür”, – deyə NATO baş katibi vurğulayıb.

Həmçinin oxuyun

Simonyan Rusiyaya işğalçı dedi – Moskvadan qorxaq cavab 

Alen Simonyan bütün ağlasığmaz sərhədləri keçib. Axar.az xəbər verir ki, bu sözləri Rusiya Federasiya Şurasının …