Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Dünya / Nasistlərin sərvəti bu bankda saxlanılır

Nasistlərin sərvəti bu bankda saxlanılır

Çirkli pulların yuyulması qalmaqalları ilə gündəmə gələn İsveçrənin “Credit Suisse” bankı daha bir skandala imza atıb.

“Credit Suisse” “Holokost”la birbaşa əlaqəsi olanlar da daxil olmaqla, bir çox nasistin bankdakı hesabını bloklayıb və bu yolla istintaqdan yayınmağa çalışıb.

Qeyd edək ki, hüquq müdafiə təşkilatlarının şikayətləri əsasında bank istintaqa cəlb edilib.

ABŞ senatorlarından ibarət komitə araşdırma nəticəsində “Credit Suisse”-də nasistlərlə əlaqəli bank hesablarının olduğunu aşkar edib. Amma təfərrüatlara varmaq istəyəndə bank onları bloklayıb. Tələb olunan məlumatı təqdim etməyən bank, çox məhdud məlumatlar paylaşaraq, araşdırmanın qarşısını alıb.

ABŞ senatorları “Credit Suisse”-nin İkinci Dünya Müharibəsindən sonra qaçan Nasist Partiyası üzvlərinin hesablarını aktiv şəkildə saxladığını və bu hesablardan əməliyyatların aparıldığını iddia edirlər.

Məlumat üçün qeyd edək ki, Nasist Partiyası 1933-cü ildə Almaniyada hakimiyyətə gəlib. İkinci Dünya Müharibəsini başladan nasistlər və onların lideri Adolf Hitler 6 milyonu yəhudi olmaqla, 30 milyondan çox dinc sakini qətlə yetirərək bəşər tarixində görünməmiş bir fəlakətə səbəb olublar.

“AzPolitika.info”

Həmçinin oxuyun

“Paşinyan da bunu başa düşür” – Ərdoğan

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Cənubi Qafqaz regionunda yeni nizam yaradılır və Ermənistanın …