Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Dünya / “Namizədliyimi geri götürməyi düşünmürəm” – Zurabişvili

“Namizədliyimi geri götürməyi düşünmürəm” – Zurabişvili

Oktyabrın 28-də Gürcüstanda keçirilmiş prezident seçkilərinin birinci turunda qələbə qazana bilməyən namizədlər ikinci tura hazırlaşırlar.
Prezidentliyə müstəqil namizəd, hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasının da dəstəklədiyi Salome Zurabişvili oktyabrın 30-da axşam saatlarında keçirdiyi brifinqdə deyib ki, prezident seçkilərinin ikinci turuna hazırdır. O, prezident seçkilərində onu dəstəkləyən seçicilərə və hakim partiyanın fəallarına minnətdarlıq edib. Bildirib ki, seçkilərin birinci turunda birinci yerə çıxmağın özü elə qələbədir.

Namizədliyini geri götürməyi düşünmədiyini vurğulayan xanım siyasətçi deyib: “Mən ölkəmə və xalqıma sonsuz sadiqəm. Buna görə də ikinci turda mübarizə aparmağa hazıram”.

Məlumat üçün qeyd edək ki, oktyabrın 28-də Gürcüstanda keçirilmiş prezident seçkilərinin nəticələrinə əsasən Salome Zurabişvili 38,64 faiz, “Güc birlikdədir” partiyasının və “Vahid Milli Hərəkat” partiyasının namizədi Qriqol Vaşadze isə 37,74 faiz səs toplayıblar. Hər iki namizəd ikinci turda mübarizə aparacaq.

Gürcüstan qanunvericiliyinə görə, prezident seçkilərinin ikinci turu dekabrın 2-dən gec olmayaraq keçiriləcək. (AzərTAc)

Həmçinin oxuyun

Simonyan Rusiyaya işğalçı dedi – Moskvadan qorxaq cavab 

Alen Simonyan bütün ağlasığmaz sərhədləri keçib. Axar.az xəbər verir ki, bu sözləri Rusiya Federasiya Şurasının …