Çərşənbə axşamı , May 21 2019
Ana səhifə / Dünya / Naim Süleymanoğlunun məzarı açılacaq – (FOTOLAR)

Naim Süleymanoğlunun məzarı açılacaq – (FOTOLAR)

2017-ci ilin noyabrın 18-də vəfat edən ağır atletika üzrə Avropa, dünya və olimpiya çempionu olmuş məşhur türkiyəli atlet Naim Süleymanoğlunun məzarı açılacaq.

Bu barədə türk mediası məlumat yayıb.

N.Süleymanoğlunun vəfatından sonra Yaponiyada tapılan 4-cü qızı İstanbulda yaşayan digər 3 qızını məhkəməyə verib. Yapon qız Naimin mirasçısı olan İstanbuldakı 3 bacıya atalıq mirası haqqında məhkəmə müraciəti edib. Bu səbəbdən də məhkəmə ekspertizanın N.Süleymanoğlunun məzarının açılmasına qərar verəcək. Məzar açılaraq DNA testi ediləcək. Naim Süleymanoğlunun atasının olduğunu iddia edən yapon qız dediklərini sübut edərsə, mirasa ortaq olacaq.

Naim Süleymanoğlu'nun Japon kızı Sekai'den mirasçılara dava! Mezarı açılacak

Sözügedən gedən yapon qızın Naim Süleymanoğlunun 1988-ci il olimpiadası zamanı tanış olduğu yapon jurnalistdən dünyaya gəldiyi ehtimal edilir. İddialara görə, Naomi Mori adlı qız 1991-ci ildə Türkiyədə dünyaya gəlib, bir müddət burada yaşayıblar. Daha sonra Naim Süleymanoğlundan ayrılan yapon jurnalist övladını da götürərək öz ölkəsinə yola düşüb.

Картинки по запросу Naim Süleymanoğlu'nun Japon kızı

N.Süleymanoğlunun yaxın çevrəsinin dediyinə görə, məşhur atlet ölmədən öncə Yaponiyadakı qızını bir neçə dəfə axtarmağa cəhd edib. Qızını tapa bilməyən N.Süleymanoğlu öldükdən sonra dostlarının qızını tapmasını vəsiyyət edib. Hətta N.Süleymanoğlu qızının mirasından pay ala bilməsi üçün ölmədən öncə xəstəxanaya DNA nümunəsi verib. Naim Süleymanoğlunun İstanbuldakı ailəsi onun məzarının açılmamasını xəstəxanada nümunələrdən istifadə edilməsini xahiş edib. Xəstəxanadakı DNA test nümunələri tapılmadığı halda N.Süleymanoğlunun qardaşlarından nümunə götürüləcək. Əgər məhkəmə bununla da razılaşmasa, o zaman məşhur atletin məzarı açılacaq.

Картинки по запросу Japon Kyoko Mori

QEYD edək ki, uzun müddət qaraciyər xəstəliyindən əziyyət çəkən atlet ötən il müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

1967-ci ildə Bolqarıstanda dünyaya gələn N.Süleymanoğlu 1992, 1996 və 2000 Yay Olimpiya Oyunlarının qızıl medalçısıdır. Naim Süleymanoğlu həmçinin dünya çempionatında 22 dəfə qızıl, 1 dəfə gümüş və 1 dəfə isə bürünc medal qazanıb. Qərbdə “Əfsanəvi türk” ləqəbi ilə tanınan Naim Süleymanoğlu, 1983-86-cı illərdə gənclər arasında 13, böyüklərdə isə 50 olmaqla, tam 63 dünya rekordu qıraraq beynəlxalq idman arenasında sensasiya yaradıb.Musavat.com

Картинки по запросу Naim Süleymanoğlu'nun Japon kızı

Картинки по запросу Japon Kyoko Mori

Картинки по запросу Naim Süleymanoğlu'nun Japon kızı

Həmçinin oxuyun

Tacikistan həbsxanasındakı qiyamda 3 din xadiminin boynu vurulub

Xəbər verdiyimiz kimi, Tacikistanın ciddi rejimli cəzaçəkmə müəssisələrindən birində baş verən qiyam nəticəsində 29 məhbus …