Şənbə , Aprel 20 2024
Ana səhifə / Dünya / Nəhəng dalğa turisti havaya uçurdu – VİDEO

Nəhəng dalğa turisti havaya uçurdu – VİDEO

Bali adasında qayaların kənarında fotoşəkil üçün poz verən turisti güclü dalğa havaya uçurub.

İnsidentin kadrlarını Daily Mail yayıb.

Videoda açıq-çəhrayi geyimdə olan qızın əllərini yayaraq, şəkil çəkdirdiyini görmək olur. Bu an qəfil peyda olan nəhəng dalğa onu və video çəkən şəxsi bir kənara atır.

Növbəti kadrlarda baş verənlərin fəsadları əksini tapır: qız düşkün vəziyyətdə yamyaş olmuş paltarda oturacaqda əyləşib, kişi isə onun bədənindəki yaraları su ilə yuyur.

Görüntü qısa müddət ərzində sosial şəbəkələrdə ən çox paylaşılan videolardan birinə çevrilib.(oxu.az)

Həmçinin oxuyun

Hindistan əhalinin sayına görə dünyada birinci yerdə oldu

Hindistan əhalisinin sayına görə dünyada lider ölkə olub. APA xəbər verir ki, bu barədə BMT-nin …