Bazar ertəsi , Mart 20 2023
Ana səhifə / Dünya / “Nəticə yoxdur” – Zelenskidən danışıqlarla bağlı açıqlama

“Nəticə yoxdur” – Zelenskidən danışıqlarla bağlı açıqlama

“Rəsmi Kiyev və Moskva arasında aparılan danışıqların nəticələrinə görə, hələlik Ukraynaya lazım olan heç bir nəticə yoxdur”.

Bunu Ukrayna Prezidenti Volodimir Zelenski bəyan edib.
“Ukrayna və Rusiya arasında danışıqların birinci raundu baş tutub. Hələlik əldə etmək istədiyimiz nəticə yoxdur”, – deyə Zelenski əhaliyə videomüraciətində bildirib.

Onun sözlərinə görə, Kiyev öz nümayəndə heyətinin qayıtmasından sonra Rusiya ilə danışıqların nəticəsini təhlil edəcək və danışıqların ikinci raunduna necə keçəcəyinə qərar verəcək.

Qeyd edək ki, fevralın 28-də Belarus ərazisində Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqlar aparılıb.

Həmçinin oxuyun

Ermənistanda hamı oğurlayır-Erməni mətbuatı

Ermənistanda büdcə oğurluğu, korrupsiya bütün hökumətlərin dövründə geniş vüsət alıb.  Nikol Paşinyan hakimiyyətə pafoslu şüarlarla …