Çərşənbə , İyun 26 2019
Ana səhifə / Dünya / Müxalifətçiləri kütləvi edam edən Raisi baş prokuror oldu

Müxalifətçiləri kütləvi edam edən Raisi baş prokuror oldu

İranın ali rəhbəri ayətüllah Əli Xameneyi çoxsaylı insan haqları pozuntularında ittiham olunan sərt xətt-hərəkət tərəfdarı İbrahim Raisini ölkənin qüdrətli ədliyyəsinin rəhbəri təyin edib.

Xameneyi bu barədə fərmanı martın 7-də imzalayıb.

Ali rütbəli ruhani və uzun müddət prokuror kimi fəaliyyət göstərmiş 58 yaşlı Raisi həm də Astan Qüds Rəzavi təşkilatının rəhbəridir. Bu təşkilat ölkənin bütün müqəddəs şiə ocaqlarına nəzarət edir.

“Human Rights Watch” (HRW) insan haqları təşkilatı və ABŞ Dövlət Departamenti 1980-ci illərdə məhbusların kütləvi edamlarına görə məsuliyyət daşıyan şəxsin ədliyyənin başına gətirilməsini sərt tənqid ediblər.

Müşahidəçilər bildirirlər ki, Raisinin bu təyinatı sərt xətt-hərəkət düşərgəsini gücləndirə, əksinə prezident Həsən Ruhaninin  mötədillərini zəiflədə bilər.

“Human Rights Watch” bu barədə verdiyi bəyanatda xatırladır ki, Raisi 1988-ci ildə bir neçə min siyasi məhbusun edamı barədə qərar qəbul etmiş komitənin dörd üzvündən biri olub.

Təşkilatın Yaxın Şərq və Şimali Afrika üzrə direktoru Sarah Li Uitson  deyib ki, belə bir şəxsin ölkə ədliyyəsinə rəhbərlik etməsi “vahimə doğurur”. Xanım Uitsonun sözlərinə görə Raisiyə vəzifə vermək yox, “onun törətdiyi ağır cinayətlərə” görə təhqiqat başlamaq lazımdır.

ABŞ Dövlət Departamentinin sözçüsü Robert Palladino martın 5-də Twitter-də yazıb: “Siyasi məhbusların kütləvi edamlarında iştirakı olan Raisi İran ədliyyəsinə rəhbər təyin edilib. Bu nə rüsvayçılıqdır!”

O əlavə edib ki, “İran rəhbərliyi ədalətsiz mühakimələrlə və qeyri-insani həbsxana şəraitinə yol verməklə ədaləti “ələ salır”, halbuki iranlılar bundan daha yaxşısına layiqdirlər!”

Xameneyi isə deyir ki, Raisinin “etiqadı, biliyi və təcrübəsi” var. O ədliyyə sistemi heyətinin cavanlaşdırılmağa ehtiyacı olduğunu bildirib və qeyd edib ki, bu təyinat ölkədə ictimai haqların və qanuni azadlıqların bərpasına, qanunların icrasına nəzarətin gücləndirilməsinə imkan verəcək.

Raisi bu vəzifədə Xameneyiyə yaxınlığı ilə tanınan ayətüllah Sadiq Amoli Laricanini janini əvəz edəcək. Ötən deklabr ayında Laricani qüdrətli Məsləhət və Nizam Şurasının rəhbəri təyin edilib. Bu qurum parlament və Konstitusiya Məhkəməsi rolunu oynayan Nəzarət Şurası arasında mübahisələrin çözümü üçün yaradılıb.Raisinin Laricaninin postuina təyin ediləcəyi barədə şayiələr artıq bir müddət idi ki, dolaşırdı.

Raisinin  adı 79 yaşlı ali rəhbər Xameneyi prostat xərçəngindən əməliyyat olunanda hətta onun varisləri sırasında çəkilirdi. Raisi 2017-ci ilin prezident seçkisində Rohaniyə uduzub.

Ölkə ədliyyəsinin rəhbəri birbaşa ali rəhbər tərəfindən beş il müddətinə təyin olunur.Bu qərar İran üçün son dərəcə mürəkkəb beynəlxalq şəraitdə qəbul olunub.

1979-cu ildə islam inqilabı baş verəndə Raisi gənc idi, amma dini hakimiyyətin dövründə karyera pilləkənləri ilə sürətlə irəlilədi. Müşahidəçilər hesab edirlər ki, Xameneyinin bu təyinatı həm də Raisini öz varisi kimi gördüyünü təsdiqləyə bilər. (Virtualaz.org)

Həmçinin oxuyun

İmamoğlu sərvətinin siyahısını paylaşdı – Fotolar

YSK-nın (Ali Seçki Komissiyası) qeyri-rəsmi nəticələrinə görə İstanbulun bələdiyyə sədri seçilən Əkrəm İmamoğlu özünün, həyat …