Cümə , Aprel 19 2024
Ana səhifə / Dünya / Müttəfiqlərli Ukraynaya 25-30 ədəd HIMARS və MLRS verəcək

Müttəfiqlərli Ukraynaya 25-30 ədəd HIMARS və MLRS verəcək

Ukrayna Prezident Aparatının rəhbəri Andrey Yermak müttəfiqlərlə 25-30 ədəd HIMARS və MLRS-nin Ukraynaya təhvil verilməsi ilə bağlı mövcud razılaşmanı açıqlayıb.

APA xəbər verir ki, o, bu barədə Telegram-da yazıb.

Eyni zamanda, o vurğulayıb ki, indi əsas məsələ MLRS üçün raketlərin çatdırılmasının logistikasıdır.

“ABŞ Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsinin sədri Adam Smit Prezidentlə və Hökumət komandası ilə görüşdən sonra mediaya müsahibəsində ABŞ və müttəfiqləri tərəfindən Ukraynaya veriləcək HIMARS və MLRS sayını açıqladı. Hazırda əsas məsələ MLRS üçün raketlərin çatdırılmasının maddi-texniki təchizatıdır və burada hərbçilər məni yaxşı başa düşəcəklər”, – Yermak bildirib.

Həmçinin oxuyun

Hindistan əhalinin sayına görə dünyada birinci yerdə oldu

Hindistan əhalisinin sayına görə dünyada lider ölkə olub. APA xəbər verir ki, bu barədə BMT-nin …