Bazar ertəsi , Sentyabr 26 2022
Ana səhifə / Dünya / “Müstəqilliyimiz uğrunda hər gün mübarizə aparırıq”- Paşinyan

“Müstəqilliyimiz uğrunda hər gün mübarizə aparırıq”- Paşinyan

Ermənistan üçün müstəqillik təhlükəsizlik və qonşularla müntəzəm münasibətlər deməkdir. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan müstəqillik bəyannaməsinin qəbul edilməsinin 32-ci ildönümü münasibətilə təbrik müraciətində deyib.
– Hökumət Ermənistanın müstəqilliyi uğrunda hər gün mübarizə aparır. Müstəqillik bizim üçün təhlükəsizlikdir və onu təmin edən beynəlxalq mexanizmlər gözümüzün önündə çatlayır ki, bu da çox təəssüf ki, Qarabağda özünü büruzə verdi. Müstəqillik qonşularla tənzimlənən münasibətlər deməkdir. Bəzi qonşularla əla münasibətlərimiz olsa da, digərləri ilə ciddi irəliləyiş yoxdur. Çünki onlar bizdən çox yüksək qiymət istəyirlər, ya da elə bilirlər ki, çox şey istəyirik, – Paşinyan deyib.

Baş nazir qapalı şəkildə olsa da müttəfiqi Rusiyaya da söz atıb.

– Müstəqillik dövlət təfəkkürüdür, onun olmaması suverenliyi və təhlükəsizliyi puç edir. Müstəqillik hüquq sistemidir, qanun və hüququn aliliyidir. Müstəqillik bizim üçün güclü müttəfiqlik münasibətidir. Lakin müttəfiqlər həmişə təkcə bizim deyil, həm də bizə qarşı çıxanların da müttəfiqi olur. Qanuna hörmət etmək lazımdır, ondan yayınmaq lazım deyil, – Nikol Paşinyan təbrik müraciətində deyib.

Onun sözlərinə görə, müstəqillik on mina haqqında bibliya məsəlinə bənzəyir: kimdə varsa, ona veriləcək, kimdə yoxdursa, hətta əlində olanlar da ondan alınacaq.

– Deməli, özümüz müstəqil olsaq, müstəqilliyimiz də olacaq, – erməni baş nazir fikrini yekunlaşdırıb.

Xatırladaq ki, 1990-cı il avqustun 23-də Ermənistan Ali Soveti Ermənistanın Müstəqillik Bəyannaməsini qəbul edib. Bir il sonra, 1991-ci il sentyabrın 21-də Ermənistanın müstəqilliyi ilə bağlı referendum keçirilib və sentyabrın 23-də Ali Şura Ermənistanı müstəqil dövlət elan edi. Amma İrəvan müstəqil siyasət yürüdə bilmir. Dünyada Ermənistanı Rusiyanın ciddi təsiri altındadır, nəinki bəzi sərhədləri rus hərbçiləri qoruyur, uzun illər İrəvanın daxili və xarici siyasətinin də kremldən müəyyənləşdirildiyi sirr deyil. AzVision.az

Həmçinin oxuyun

İranda aksiyada gənc qız öldürüldü – Fotolar + Video

İranda keçirilən etiraz aksiyaları zamanı gənc qız hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən güllələnib. “ Azinforum.az ” …