Şənbə , Sentyabr 26 2020
Ana səhifə / Dünya / Musəvi Avropa yerinə Azərbaycanı seçdi

Musəvi Avropa yerinə Azərbaycanı seçdi

Qonşular İranın xarici siyasətində əsas prioritetdir.
Axar.az xəbər verir ki, bunu İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərif Abbas Musəvinin Azərbaycana səfir təyin edilməsilə bağlı təşkil edilmiş mərasimdə çıxışı zamanı deyib.
“Cənab Musəvi Avropa və Asiyada daha sadə missiya seçə bilərdi, amma o, Azərbaycanı seçdi. Bu, öz fəaliyyəti üçün qonşu ölkəni seçən bizim dəyərli qardaşımızın strateji mövqeyinin dərinliyini göstərir. Əminəm ki, o, təcrübəsi və bu missiyaya hazırlığı sayəsində Bakıda daha uğurlu olacaq. Bu gün bizim Azərbaycanla çox yaxşı münasibətlərimiz var. Halbuki 11-ci hökumətin ilk vaxtlarında münasibətlərimiz çox gərgin idi, amma bu gün bizim bu ölkə ilə münasibətlərimiz çox yaxındır və Allah eləsin ki, bu münasibətlər cənab Musəvi sayəsində güclənsin”.

Həmçinin oxuyun

Gürcüstan Müsəlmanları İdarəsinin müftisi istefa verdi

Gürcüstan Müsəlmanları İdarəsinin müftisi Hacı Yasin Əliyev vəzifəsindən istefa verib. Hacı Yasin Əliyev səhhətində yaranmış …