Çərşənbə axşamı , Oktyabr 27 2020
Ana səhifə / Dünya / Müsəlman ölkəsində 189 nəfərin faciəli şəkildə həlak olduğu an – VİDEO

Müsəlman ölkəsində 189 nəfərin faciəli şəkildə həlak olduğu an – VİDEO

Bu gün səhər saatlarında İndoneziyanın Yava adası sahillərində “Lion Air” aviaşirkətinə məxsus sərnişin təyyarəsi qəzaya uğrayıb.

Sputnik Azərbaycan Rusiya KİV-nə istinadən xəbər verir ki, qəzaya uğrayan təyyarədə heyət üzvü də daxil olmaqla 189 nəfər olub. Onların hamsının öldüyü bildirilir.

Qeyd edək ki, Cakartadan Pankalpinanq şəhərinə uçan təyyarə, hava qalxdıqdan 13 dəqiqə sonra radarlardan itib. Təyyarə Yava adasının qərb sahillərində dənizə düşüb.

​İndoneziyada Təbii Fəlakətlərlə Mübarizə üzrə Milli Şuranın nümayəndəsi Sutopo Purvo Nuqroho öz rəsmi “Twitter” səhifəsində “Boeing 737” təyyarəsinin qəzaya uğradığı yerdən video paylaşıb:

Həmçinin oxuyun

Pakistan Fransaya nota verdi

Pakistanın Xarici İşlər Nazirliyi Fransanın İslamabaddakı səfirliyinə Parisdəki antiislam kampaniyası ilə əlaqədar etirazını bildirib. Azinforum.az …