Bazar , Noyabr 28 2021
Ana səhifə / Dünya / “Murat Karayılanın da məhv edilmə növbəsi çatır” -Süleyman Soylu

“Murat Karayılanın da məhv edilmə növbəsi çatır” -Süleyman Soylu

Türkiyədə PKK terrorçuları məhv edilib.

Bu barədə ölkənin daxili işlər naziri Süleyman Soylu tviterdəki səhifəsində yazıb.

O, qeyd edib ki, Çukurcadan Hakkariyə keçən 2 terrorçu pilotsuz uçuş aparatı və quru əməliyyatı ilə öldürülüblər.

Nazir PKK terror təşkilatının rəhbərlərindən olan Murat Karayılana xitabən “siçan kimi gizlənməsin, onun da növbəsi çatır”, – deyə sosial şəbəkədə yazıb.

Xatırladaq ki, 1984-cü ildə ortaya çıxan PKK silahlıları Türkiyədə minlərlə dinc sakini, həmçinin təhlükəsizlik qüvvələrinin əməkdaşlarını qətlə yetiriblər.

ABŞ və Avropa İttifaqı PKK-nı terror təşkilatları siyahısına salıb. Mustafa Karayılan PKKK rəhbərlərindəndir.

Həmçinin oxuyun

AİHM Ermənistanla bağlı daha bir qərarını açıqlayacaq

Avropa İnsan Hüquqları Məhkəməsi noyabrın 30-da “Derenik Mkrtıçyan və Qayane Mkrtıçyanın Ermənistana qarşı” işinə dair …