Çərşənbə , İyun 29 2022
Ana səhifə / Dünya / Münhen konfransının rəhbəri Medvedevi təlxək adlandırdı

Münhen konfransının rəhbəri Medvedevi təlxək adlandırdı

Münhen Təhlükəsizlik Konfransının rəhbəri Kristof Hoysgen Rusiya Təhlükəsizlik Şurasının sədr müavini, Rusiyanın keçmiş prezidenti Dmitri Medvedevi təlxək adlandırıb.

“Medvedev bu gün təlxəkdir. Bağışlayın, mən bunu demək məcburiyyətindəyəm”, – deyə diplomat Beynəlxalq Dəniz Dövlətləri Simpoziumunda çıxışı zamanı bildirib.

Qeyd edək ki, Rusiyanın Ukraynada hərbi əməliyyatı başlayandan bəri Medvedev xarici siyasətlə bağlı dəfələrlə sərt, bəzən hətta qeyri-adekvat açıqlamalar verib. gazeta.ru

Həmçinin oxuyun

ABŞ beş Çin şirkətinə qarşı sanksiya tətbiq edib

Amerika Birləşmiş Ştatları beş Çin şirkətinə qarşı sanksiya tətbiq edib. Səbəb Rusiyanın Ukraynaya genişmiqyaslı işğalından …