Sosial şəbəkədə biz:

“Müharibəni davam etdirmək üçün Ukraynaya 120 milyard lazımdır” - Şmıqal

“Müharibəni davam etdirmək üçün Ukraynaya 120 milyard lazımdır” - Şmıqal

Ukrayna Müdafiə Nazirliyi müharibənin davam etdirilməsi üçün orduya ən azı 120 milyard dollar lazım olduğunu təsdiqləyib.

Bizim.Media xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri Denis Şmıqal bildirib.
 
"Əgər Rusiya tərəfindən başladılan müharibə gələn il də davam edərsə, Ukraynaya ən azı 120 milyard dollar lazım olacaq. Bu vəsait cəbhə xəttini saxlamaq və müdafiəçilərimizin itkilərini minimuma endirmək üçün vacibdir.

Əgər müharibə dayansa belə, bizə çox az fərqlə daha aşağı məbləğ lazım olacaq — sadəcə ordunu yaxşı formada saxlamaq üçün, çünki təkrar təcavüz ehtimalı istisna edilmir", – deyə Şmıqal qeyd edib.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol