Cümə , Yanvar 21 2022
Ana səhifə / Dünya / “Müharibənin bitməsi üçün yeganə yol NATO-ya üzvlükdür” – Ukrayna prezidenti

“Müharibənin bitməsi üçün yeganə yol NATO-ya üzvlükdür” – Ukrayna prezidenti

“Ukraynanın NATO-ya üzv olması Donbasda müharibənin başa çatmasının yeganə yoludur”.

“Report” UNİAN-a istinadən xəbər verir ki, bunu ölkə prezidenti Volodimir Zelenski NATO-nun baş katibi Yens Stoltenberqlə telefon danışığı zamanı deyib.

Dövlət başçısı bildirib ki, Ukrayna NATO-ya üzvülüyə doğru gedir: “Bu, Donbasda müharibənin bitməsinin yeganə yoludur. Biz ordumuzda və müdafiə sektorunda islahatlar aparırıq. Rusiyanın qarşısı yalnız islahatlarla alınmaz. Üzvülüklə bağlı fəaliyyət planı Rusiya üçün əsl siqnal olacaq”.

Yens Stoltenberq isə qeyd edib ki, NATO Ukraynanın suverenliyi və ərazi bütövlüyünü dəstəkləyir.

Həmçinin oxuyun

Qazaxıstan XİN Tokayevin “xəbərdarlıq etmədən güllələmək” əmrini açıqlayıb

Qazaxıstanın xarici işlər naziri Muxtar Tleuberdi bildirib ki, prezident Qasım-Comart Tokayevin etiraz aksiyaları zamanı verdiyi …