“Mən çox istərdim ki, Rusiya ilə müharibə 2024-cü ildə bitsin”.
Bunu telemarafonda Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının (MTŞ) katibi Aleksey Danilov deyib.
“Mən çox istərdim ki, 2024-cü ildə başa çatsın. Bunun üçün lazım olan hər şeyi edəcəyik. Amma deməliyəm ki, hər şey bizdən asılı deyil. Çox şey tərəfdaşlarımızdan asılıdır”, – o vurğulayıb.
Onun sözlərinə görə, hələ də “Putini qəzəbləndirməmək üçün” Ukraynaya hücum silahlarının verilməsinə şübhə ilə yanaşan tərəfdaşlar var. O qeyd edib ki, onların adları məlumdur, çünki özləri artıq Rusiyanın məğlubiyyəti üçün lazımi silahları vermədiklərini etiraf edirlər, çünki “onlar Putini qəzəbləndirə biləcəklərindən narahat idilər”.
“Bu pisliyi (Putin nəzərdə tutulur-red.) qəzəbləndirmək üçün artıq heç nə edə bilməzsən, onun başı xəstədir. Bunu nəzərə al”, – Danilov əlavə edib.
MTMŞ katibi xatırladıb ki, tammiqyaslı işğalın əvvəlində ukraynalılar toparlana bildilər, lakin onlar sovet dövründən qalan silahlara və yalnız dörd idxal silahına sahib idilər. “Bu gün bu, tamamilə fərqli bir müharibədir, bu, texnologiya müharibəsidir, pilotsuz təyyarələr müharibəsidir. Kim daha çevik, daha ağıllı, daha çox iradəlidirsə, bu müharibədə qalib gələcək. İradəyə, çevikliyə, bizim ağlımıza gəlincə, rusların edə biələcəkləri bir işi yoxdur. Onlar mütləq uduzacaqlar. Sadəcə biz səbirli olmalıyıq”.
Danilov vurğulayıb ki, bu gün Ukrayna “Krım istiqamətində çılğın uğurlar əldə edir”. Onun sözlərinə görə, Krımda Rusiyanın Qara dəniz donanması, xüsusən də sualtı qayığı məhv edilir. “Bu, tarixdə ilk dəfədir ki, baş verir. Məhv edilmiş “Kalibr” raket daşıyıcısı Silahlı Qüvvələrimiz üçün möhtəşəm qələbədir. Bu, sonuncu xoş xəbər deyil”, – o qeyd edib. AzPolitika.info