Çərşənbə axşamı , Oktyabr 20 2020
Ana səhifə / Dünya / Müharibəni qızına oyun kimi göstərən ata: körpə qız hər partlayış səsinə gülür- VİDEO

Müharibəni qızına oyun kimi göstərən ata: körpə qız hər partlayış səsinə gülür- VİDEO

Ailəsi ilə birlikdə İdlibdəki döyüşlərdən qaçaraq Türkiyə sərhədi yaxınlığındakı Sarmada qəsəbəsinə sığınan Abdullah Muhammed dörd yaşındakı qızı Selvanın müharibədən psixoloji cəhətdən zərər görməməsi üçün ona bomba və təyyarə səslərinin əslində bir oyun olduğunu öyrədib.

Bu barədə “Hürriyet” məlumat yayıb.

Ailə qızlarının qorxmasının qarşısını almaq üçün əraziyə hər dəfə bomba düşdükdə Selva ilə birlikdə bu oyunu davam etdirir.

Körpənin və ailəsinin yaşadıqlarını humanitar yardım təşkilatlarından birində çalışan Mehmet Alğan adlı şəxs sosial şəbəkə hesabı vasitəsilə ictimailəşdirib. Selvanın atası ilə “oyun oynayarkən” çəkilmiş videosunu paylaşan Alğan “başa düşmək üçün ərəb dilini bilməyinizə ehtiyac yoxdur” başlığından istifadə edib.

Görüntülərdə bomba səslərinə körpənin və atasının gülüşlə reaksiya verməsi əks olunub.

Həmçinin oxuyun

Ərdoğan nazirləri toplayır – Qarabağ da müzakirə olunacaq

Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə Prezident İqamətgahında Nazirlər Kabinetinin toplantısı baş …