Ana səhifə / Dünya / Müharibəni dayandırmalıyıq – Lukaşenko

Müharibəni dayandırmalıyıq – Lukaşenko

Belarus Prezidenti Aleksandr Lukaşenko Çinə səfəri zamanı Ukraynadakı münaqişənin sülh yolu ilə başa çatacağını bildirib.

Bu barədə o, Çinin CGTN telekanalına müsahibəsində bildirib.

“Bunu dayandırmalıyıq. Hər hansı bir müharibə sülhlə başa çatır və bu da sülhlə bitəcək. Yalnız bir yol var-Sülh”, – deyə Lukaşenko bildirib.

O qeyd edib ki, ABŞ və digər Qərb ölkələri Ukraynanı Rusiya ilə danışıqlar aparmamağa sövq edib.

Həmçinin oxuyun

Ukrayna Baş Qərargahı Rusiya ordusunun daha bir şəhərdən çəkildiyini açıqlayıb

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Rusiya ordusunun Xerson vilayətinin Nova Kaxovka şəhərindən çıxdığını bildirib.Bu barədə …