Çərşənbə , Sentyabr 18 2019
Ana səhifə / Dünya / Müharibə əmri veriləcək? – Netanyahu güc nazirlərini TƏCİLİ TOPLADI

Müharibə əmri veriləcək? – Netanyahu güc nazirlərini TƏCİLİ TOPLADI

İsrailin baş nazir Benyamin Netanyahu Qəzza sektorundan yəhudi dövlətinin cənub rayonlarına raket atəşindən sonra Qüdsdəki iqamətgahında təhlükəsizlik məsələləri üzrə təcili müşavirə keçirib.

Publika.az xəbər verir ki, bu haqda “Yedioth Ahronoth” qəzeti bildirib.

Müşavirədə güc strukturlarının başçıları, həmçinin İsrailin kəşfiyyat və atom energetikası naziri İsrael Kats iştirak edib.

Qeyd edək ki, bu gün səhər saatlarında Qəzza sektorundan İsrailə 27 raket və minaatan mərmi buraxılıb. Onların bir hissəsi “Dəmir günbəz” hava hücumundan müdafiə sistemi tərəfindən zərərsizləşdirilib. Raketlərdən biri uşaq bağçasının boş ərazisində partlayıb. Zərərçəkənlər haqqında məlumat hələ yoxdur.

“The Jerusalem Post” qəzetinin yazdığına görə, İsrail ordusu Qəzzada “Həması”ın mövqelərinə artıq cavab zərbələri vurub. Hərbçilər bu informasiyanı hələ təsdiq etmirlər.

Daha əvvəl -2018-ci il fevralın 18-də Fələstin radikalları Qəzza sektorundan İsrailə raket zərbələri endirmişdilər. Ötən müddət ərzində İsrail ərazisi bir neçə dəfə böyuk kalibrli pulemyotlardan atəşə tutulub.

Həmçinin oxuyun

Pasportun ilginc tarixi haqda maraqlı faktlar

Pasportun yaranma tarixi barədə çoxları məlumatsızdır. Beləliklə məlumata görə pasport haqqında ilkin məlumat Nehemyanın kitabında …