Çərşənbə , Oktyabr 28 2020
Ana səhifə / Dünya / Moskvanın mərkəzində təxminən 200 nəfər saxlanılıb

Moskvanın mərkəzində təxminən 200 nəfər saxlanılıb

Rusiyanın paytaxtı Moskvanın mərkəzində təxminən 200 nəfər saxlanılıb.

Rusiya mətbuatı yazır ki, Manej meydanında 200-ə yaxın adam, Sankt-Peterburq və Krasnoyarsk şəhərlərində isə bir neçə nəfər saxlanılıb. Saxlanılanların sayı barədə rəsmi məlumat daxil olmayıb.

Noyabrın 3-də Rusiyanın Federal Təhlükəsizlik Xidməti ayın 4-5-də ölkə ərazisində aksiya keçirməyi planlaşdıran qadağan olunmuş “Artpodqotovka” hərəkatı özəyinin üzvlərinin saxlanılması barədə məlumat yayıb.

Hərəkatın lideri, millətçi Vyaçeslav Maltsev cinayət təqibindən ehtiyatlanaraq Rusiyanı tərk edib. Dövlət Dumasına seçkilərdən sonra o, Rusiyada inqilab hazırladığını bildirib. Hərəkat liderinin iddiasına görə, inqilab 5 noyabr 2017-ci il tarixində baş verməlidir.

Həmçinin oxuyun

İran mediası Makronu şeytana bənzətdi- “Paris İblisi…”

Paytaxt Tehranda mühafizəkar bir qəzet olan “Vətən Emrooz” Fransa prezidenti Emmanuel Makronun İslam dininə qarşı …