Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Dünya / Moskva jurnalistin qətli ilə bağlı Kiyevdən operativ araşdırma tələb etdi

Moskva jurnalistin qətli ilə bağlı Kiyevdən operativ araşdırma tələb etdi

Moskva Ukrayna hökumətini rusiyalı jurnalist Arkadiy Babçenkonun qətli ilə bağlı operativ istintaqa əlindən gələn köməyi göstərməyə çağırıb.

Virtualaz.org bildirir ki, Rusiya XİN-in yaydığı bəyanatda belə deyilir.

“İnanırıq ki, beynəlxalq instansiyalar və qeyri-hökumət təşkilatları istintaqın gedişini öz nəzarətlərinə götürəcək”, – deyə bəyanatda qeyd olunub.

Rusiya XİN Ukraynada KİV əməkdaşlarına qarşı fiziki zorakılıq və silahlı hücum hallarının artdığına da diqqət çəkib.

“Qanlı cinayətlər və total cəzasızlıq Kiyev rejimi üçün adi hal alıb”, – deyə məlumatda vurğulanıb.

**

23:13 /29.05.2018/

Ukraynada Rusiya telekanallarından birinin əməkdaşı Arkadi Babçenko güllələnib.

Virtualaz.org bildirir ki, bu barədə Ukrayna Daxili İşlər Nazirliyi məlumat yayıb.

“Hadisə Kiyevin Dnepr rayonunda baş verib. Həyat yoldaşı vanna otağında olub. O, atəş səslərinə çıxıb və ərini qan içində görüb. “Təcili yardım” çağırıb, o, maşınla aparılarkən yolda keçinib”, – deyə Ukrayna Milli Polisinin sözçüsü Yaroslav Trakalo bildirib.

Hadisənin təfərrüatı və motivləri barədə məlumat verilmir.

Məlumata görə, A.Babçenko “Moskovskiy komsomolets”in və “Novaya qazeta”nın işçisi olub, “Birinci kanal”la əməkdaşlıq edib.

Onun Rusiyanı 2016-cı ildə tərk etdiyi bildirilir.

Həmçinin oxuyun

“Paşinyan da bunu başa düşür” – Ərdoğan

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Cənubi Qafqaz regionunda yeni nizam yaradılır və Ermənistanın …