Çərşənbə , Yanvar 27 2021
Ana səhifə / Dünya / Moskva: “Ailə quran” iki cinsi azlığın pasportu əllərindən alınacaq, özləri də cərimələnəcək

Moskva: “Ailə quran” iki cinsi azlığın pasportu əllərindən alınacaq, özləri də cərimələnəcək

Kopenhagendə evlənmiş və Moskvada nikahın tanınmasına dair pasportlarına ştamp vurdurmuş iki kişini sənədi korladıqlarına görə cərimə edəcəklər.

Lenta.ru-nun yaydığı məlumata görə, onlara qarşı bu gün paytaxtın Daxili İşlər İdarəsində RF-nin Cinayət Məcəlləsinin 19.16 maddəsi üzrə inzibati iş qaldırılıb.

Bu müddəaya görə, eyni cinsli “cütlüyü” 300 rubl məbləğində cərimə edəcəklər, onların müvafiq ştamplı pasportu isə müsadirə olunacaq.

Cinsi azlıqlara məxsus kişilər yanvarın əvəvlində Danimarkanın paytaxtı Kopenhagendə evləniblər, yanvarın 25-də isə paytaxtda öz pasportlarına evli olduqları barədə ştamp vurdurublar.

Rusiya qanunvericiliyinə görə, eyni cinsli insanların nikah müqaviləsi imzalamaları və evlənmələri yasaqdır. Cinsi azlıqların qanunsuz nikahını təsdiq edən işçinin vəzifəsindən götürüləcəyi bildirilib. Musavat.com

Həmçinin oxuyun

Paşinyan ombudsmanı istefaya göndərmək istəyir

Ermənistanın hakim “Mənim addımım” fraksiyası ombudsman Arman Tatoyanın istefasını istəyir. Bu barədə “Joxovurd” yazıb. “Söhbət …