Bazar ertəsi , İyun 21 2021
Ana səhifə / Dünya / “Moskva əvvəlki həyat tərzinə qayıdacaq”-Mer əmin etdi

“Moskva əvvəlki həyat tərzinə qayıdacaq”-Mer əmin etdi

Rusiyanın paytaxtı Moskvada fevral ayı qarlı və şaxtalı keçməsinə baxmayaraq, mənzillərdə istilik sistemləri fasiləsiz olaraq işləyib.
Xəstəxanalarda isə gərginlik azalıb, belə ki, koronavirusa yoluxanların sayı tam azalıb. Bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Məlumata görə, paytaxtın sayca 10-cu -“Vostoçnıy” vağzalı açılışa hazırdır.

Moskva meri Sergey Sobyanin jurnalistlərə bildirb ki, “Vostoçnıy” vağzalı istifadəyə verildikdən sonra sərnişinlərin 80 faizi məhz bu vağzaldan istifadə edəcək.

“Yeni vağzalın açılışından sonra sutkada 74 min insan bu vağzalın xidmətlərindən istifadə edəcək”,-deyə mer əlavə edib.

Sobyanin həmçinin paytaxtdakı mənzillərin istilik sistemi ilə tam təchiz olunmasından da danışıb və bildirb ki, bu il də 2 min km uzunluqda yeni istilik şəbəkəsi, su və kabel xətləri çəkilməsi planlaşdırılır.
“Moskva-şimal şəhəridir. Buna görə də bütün infrastruktur yaxşı işləməlidir. Bunun üçün isə sərmayə qoyulmalıdır ki, nəhəng kompleks nəzərdə tutulduğu kimi işləsin. Son illərdə bütün seqmentlər köhnəlib, buna baxmayaraq, paytaxtda aparılan işlər istilik və energetika sisteminin işini 5-15 faiz yaxşılaşdırıb. Bu bərpa işlərimiz indi də davam edir”,-deyə Moskva meri qeyd edib.

Sobyanin daha sonra böyük fəxrlə bildirib ki, Rusiya və Moskva dünya elminə böyük töhfələr verib.

“Kimyaçı, proqramçı və əczaçılarımız böyük uğurlar əldə ediblər. Bir neçə ay ərzində yeni dərman preparatları, vaksin, süni intellekt proqramları hazırlandı. Bu o deməkdir ki, bizim güclü elmimiz var”,-deyə mer vurğulayıb.
Sobyanin həmçinin bildirib ki, paytaxtda koronavirusa yoluxma tam azalıb və buna görə 15 xəstəxanada “covid” stasionarlar bağlanıb: “İnanıram ki, yaxşılaşma trendi davam edəcək və biz tezliklə əvvəlki həyat tərzimizə qayıdacağıq”,-deyə mer əlavə edib.

Qeyd edək ki, Moskvada koronavirusun müalicəsi üçün əvvəl olduğu kimi, stasionarda təxminən 9000 yer saxlanılır.

Cebhe.info

Həmçinin oxuyun

Koçaryan parlament seçkilərinin nəticələrini tanımadı

Ermənistanın sabiq prezidenti Robert Koçaryanın rəhbərlik etdiyi “Hayastan” bloku növbədənkənar seçkilərin nəticələrini tanımadıqlarını bəyan ediblər. …