Çərşənbə axşamı , Oktyabr 27 2020
Ana səhifə / Dünya / Moldova prezidenti Rumıniyaya birləşmək istəyənləri həbslə hədələdi: “Vətənpərvər olmaq lazımdır”

Moldova prezidenti Rumıniyaya birləşmək istəyənləri həbslə hədələdi: “Vətənpərvər olmaq lazımdır”

Moldova prezidenti Iqor Dodon Rumıniya ilə birləşmə bəyannaməsini imzalamış merlərə xəbərdarlıq edərək bildirib ki, onlara qarşı cinayət işi qaldırıla bilər.

Moskvayönlü Dodon fevralın 6-da Azadlıq Radiosuna müsahibəsində deyib: “Mən, – istər Rusiya olsun, istərsə də Rumıniya, – heç bir dövlətin əleyhinə deyiləm. Mən Moldova dövlətinə son qoyulmasını istəyənlərin əleyhinəyəm”.

Moldovada azı 10 kəndin bələdiyyə başçıları Birinci Dünya Müharibəsinin sonunda Rumıniya ilə Moldovanın birləşməsinin 100 illiyinə həsr edilmiş simvolik bəyannaməni imzalayıb.

Dodon bu bəyannaməni pisləyib və “qanunu pozan bələdiyyə rəislərinə” qarşı tədbir görməyən Təhlükəszlik Nazirliyini, Daxili İşlər Nazirliyini və baş prokurorluğu tənqid edib.

Dodon fevralın 7-də özünün Facebook səhifəsində yazıb ki, 53 kəndin meri Rumıniya ilə birləşmənin əleyhinə bəyyanamə imzalayıblar və Moldova dövlətinə tərəfdar olduqlarını bildiriblər.

Dodon, onun təbirincə deyilərsə, “birləşmə ideologiyalarının” əleyhinə çıxıb və bildirib ki, bunun əvəzində “Moldova vətənpərvəri” olmaq lazımdır.

Həmçinin oxuyun

Pakistan Fransaya nota verdi

Pakistanın Xarici İşlər Nazirliyi Fransanın İslamabaddakı səfirliyinə Parisdəki antiislam kampaniyası ilə əlaqədar etirazını bildirib. Azinforum.az …