Bazar , Noyabr 29 2020
Ana səhifə / Dünya / Mixail Saakaşvili Kiyevdə saxlanıldı – onu dövlət çevrilişinə cəhddə ittiham edirlər -CANLI

Mixail Saakaşvili Kiyevdə saxlanıldı – onu dövlət çevrilişinə cəhddə ittiham edirlər -CANLI

Gürcüstanın sabiq prezidenti, Ukraynanın Odessa vilayətinin keçmiş qubernatoru Mixeil Saakaşvili polisi intihar edəcəyi ilə hədələyir.

Trend-in məlumatına görə, hazırda polis M.Saakaşvilinin Kiyevdə Kostelnaya, 7 ünvanındakı 32 nömrəli mənzilində axtarış aparıb.

Sabiq qubernator isə etiraz əlaməti olaraq 8 mərtəbəli binanın damına doğru qaçmaqla polisi özünü öldürəcəyi ilə hədələyib.

Daha sonra xüsusi təyinatlılar onu həbs edərək maşına oturdublar. Onun aparıldığı avtomobilin ətrafına çoxsaylı insanlar toplaşıb və onlar xüsusi təyinatlılara mane olmaq istəyirblər. Gərginlik və qarşılıqlı itələşmə yaşanıb.

Hadisə yerinə çox sayda hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Onlar situasiyanı nəzarət altına alıblar.

Mixail Saakaşvili Ukraynada dövlət çevrilişi etməkdə ittiham olunur.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Saakaşvilinin vəkili Avla Boqomazova söyləyib.

Ukrayna Təhlükəsizlik Xidməti isə onun Cinayət Məcəlləsinin 256-cı maddəsinin 1-ci bəndi üzrə məsuliyyətə cəlb olunduğunu bildirib.

Qeyd edək ki, bu maddə cinayətkar dəstələrlə əlaqə və onların fəaliyyətlərinin gizlədilməsi anlamına gəlir. Bu maddəyə əsasən, Saakaşvilini 3 ildən 5 ilə qədər həbs gözləyir.

Həmçinin oxuyun

Putin Təhlükəsizlik Şurasını yenə topladı

Rusiya Prezidenti Vladimir Putin bu gün Rusiya Təhlükəsizlik Şurasının daimi üzvləri ilə toplantıda Dağlılq Qarabağdakı …