Cümə axşamı , Oktyabr 22 2020
Ana səhifə / Dünya / Misir məhkəməsi Hüsnü Mübarəkin oğullarına bəraət verdi

Misir məhkəməsi Hüsnü Mübarəkin oğullarına bəraət verdi

Misirin Ağır Cinayətlər Məhkəməsi ölkənin sabiq Prezidenti Hüsnü Mübarəkin oğulları Alaa və Qamala bəraət verib.

Unikal.org “Egypttoday” portalına istinadla xəbər verir ki, onlar səhm bazarlarında manipulyasiya vasitəsilə qanunsuz qazanc əldə etməkdə ittiham olunurdu.
Portalın xəbərinə görə, qardaşlara qarşı Misirin Əl Vətən Bankının 493.628 milyon dollar dəyərində səhmlərinin qeyri-qanuni olaraq istiqraz bazarına çıxarılması ittihamı irəli sürülmüşdü.

Mübarək qardaşlarının vəkili Fərid əl-Dib ittihamların saxta olduğunu bəyan edərək bildirib ki, əsas məqsəd bu ailənin reputasiyasına zərər verməkdir. Onun sözlərinə görə, maliyyə bazarında onlarla birlikdə iştirak edən 34 səhmdar barəsində heç bir cinayət işi qaldırılmaması buna sübutdur. Vəkil əlavə edib ki, Mübarək qardaşları həmin dövrdə bankın direktorlar şurasında da təmsil olunmayıblar. O, Misir Mərkəzi Bankının da müttəhimlərin günahsız olması barədə bəyanatını xatırladıb.

Xatırladaq ki, qardaşlara qarşı ittiham 2012-ci ilin iyulunda, Hüsnü Mübarəkin hakimiyyətdən getməsi və həbs olunmasından sonra irəli sürülüb. Alaa və Qamal bir neçə ay müddətinə həbs olunublar. Lakin sonradan Misir məhkəməsi sabiq Prezidentin və ailə üzvlərinin əmlaklarının müsadirə olunması qərarını ləğv edib və onları azadlığa buraxıb.

Həmçinin oxuyun

“Qarabağ məsələsi Azərbaycan sərhədləri çərçivəsində həll edilməlidir” – ABŞ-ın NATO-dakı səfiri

ABŞ-ın NATO-dakı səfiri Key Beyli Hatçison Qarabağ münaqişəsinin Azərbaycanın suverenliyi və sərhədləri çərçivəsində həll edilməli olduğunu …