Bazar ertəsi , Noyabr 29 2021
Ana səhifə / Dünya / Misirə əqrəblər basqın etdi

Misirə əqrəblər basqın etdi

Misirdə dolu ilə yağan şiddətli yağışdan sonra küçələrə və evlərə yayılan əqrəblər yüzlərlə insanı sancıb. Bu barədə BBC xəbər yayıb. Səhiyyə Nazirliyinin sözçüsünə görə, şəhəri bürümüş əqrəblər 450-yə yaxın insanı sancıb.

Cümə günü Nil bölgəsində ildırım və dolu ilə güclü yağış yağıb. Əqrəblər və bəzən ilanlar mütəmadi olaraq leysan yağışları ilə küçələrə yuyulur.

Səhiyyə Nazirliyi bildirir ki, dağlara və səhralara yaxın olan ucqar kəndlərdəki tibb mərkəzləri əlavə antidot dozaları alıb.

Əqrəb sancmış xəstələrə kömək məqsədilə həkimlər koronavirusdan peyvəndləri müvəqqəti dayandırıb.

Hökümət sakinləri evlərini tərk etməməyə və ağacların çox olduğu yerlərdən uzaq durmağa çağırıb.

Misirdə dünyanın ən ölümcül əqrəblərindən biri hesab edilən qalın quyruqlu əqrəb yaşayır. Onun zəhəri bir saatdan az müddətdə insanı öldürə bilər.

virtualaz.org

Həmçinin oxuyun

“Prokurorluq və məhkəmə sistemini tanımıram” – Saakaşvilinin məhkəməsində toqquşma olub, saxlanılanlar var (Yenilənib)

“Gürcüstanın prokurorluğu və məhkəmə sistemini tanımıram”. Bunu Tbilisi Şəhər Məhkəməsində Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili …