Şənbə , Aprel 20 2024
Ana səhifə / Dünya / Mirzə Sakit qardaşı Qənimət Zahiddən danışmaq istəmədi – MÜSAHİBƏ

Mirzə Sakit qardaşı Qənimət Zahiddən danışmaq istəmədi – MÜSAHİBƏ

Tanınmış satirik şair, AXCP-nin keşmiş üzvü, hazırda Belçikada mühacirət həyatı yaşayan Mirzə Sakit Modern.az saytına müsahibə verib.

– Mirzə, ailənizin neçə üzvü var Belçikada? Onların hamısı oturum izni alıbmı?

Ailəmin bütün üzvləri burdadırlar, bir qızım isə ailəsi ilə hələ Bakıdadır. Bəli, burda olanlar oturum alıblar..

– Ailə üzvləriniz hardasa işləyirlər?

– Burda hələ işləmirlər, iş iznləri yoxdu, hələ dərsə gedirlər, dövlət onlara aylıq kompensasiya ödəyir..

– Şəxsi ev ala bilmisiniz, yoxsa kirayədə qalırsınız?

– Şəxsi evlərimiz yoxdur, kirayə tutub yaşayırıq, amma kirayə pulunu da dövlət ödəyir..

– Özünüz nə işlə məşğul olursunuz?

– Özüm yazılar hazırlayıram, yaxınlarda üç kitabım işıq üzü görəcək, o kitablarımın əyər-əskiyi ilə məşğulam, redaktə edirəm, bəzi çatışmazlıqları yeniden yazıram.

– Övladlarınız xarici dili mənimsəyə bilirlərmi?

– Uşaqlarım burada dil kursuna gedirlər, kursu bitirdikdən sonra işləyə və ali məktəblərə də daxil ola bilərlər..

– Bəs özünüz necə, xarici dil öyrənə bilmisiniz?

– Çox çətindir mənim üçün, mən də dərsə gedirəm, ancaq heç nə beynimdə qalmır, bu da yaşla əlaqəlidir… bunu burda müəllimim də deyir. Amma mənim dil problemim yoxdu, hara getsəm bir təhər başa salıram.

– Mühacir həyatınızda hansı çətinliklərə üzləşmisiniz?

– Çətinlik deyəndə nəsə uyğunlaşa bilmirəm buralara. Eləcə Azərbaycanda olmaq xəyalı ilə yaşayıram, amma yadıma düşəndə ki, Azərbaycanda işsizlik məni boğaza yığırdı, çörək almağa da imkan olmurdu, bir az toxtaqlıq tapıram.

– Mühacirətdə olandan sonra heç Azərbaycana gəlmisiniz?

– Yox, beş ildir burdayam, hələ Azərbaycana getməmişəm, vətəndaşlıq alandan sonra getmək imkanım olacaq.

– Hazırda ailənizdə nə sıxıntılar var?

– Elə bir sıxıntı yoxdur, hər kəs öz həyatını yaşayır, uşaqlarım fiziki baxımdan hamısı məndən iridilər, evdə ən balaca adam mənəm.

-Qardaşınız Qənimət Zahid də öz ailəsi ilə mühacir həyatı yaşayır, Fransadadırlar. Bilirik ki, əvvəllər aranız olmayıb. Bəs mühacirətə gedəndən sonra necə, onunla heç görüşmüsünüz, ailəvi münasibətləriniz qalırmı?

– Onlar Fransada yaşayırlar… Mənə elə gəlir ki, cavab verdim…

 – Bu yaxınlarda İranın dini liderləri haqqında fikir bildirdiyinizə görə,iranlılar sizə xəsarət yetirmişdilər. Bundan sonra Qənimət Zahid sizin səhhətinizlə maraqlanıbmı?

– Bu sual əbədi olaraq cavablandırılmayacaq…

Həmçinin oxuyun

“Rusiya ilə münasibətlər ən yüksək səviyyədə deyil” – Mirzoyan

“İrəvanla Moskva arasında münasibətlər ən yüksək səviyyədə deyil”.Bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan …

Bir cavab yazın