Çərşənbə , Noyabr 25 2020
Ana səhifə / Dünya / “Minsk qrupu bu qədər aciz duruma düşməmişdi” – AÇIQLAMA

“Minsk qrupu bu qədər aciz duruma düşməmişdi” – AÇIQLAMA

“ATƏT-in Minsk Qrupu heç vaxt bu qədər aciz duruma düşməmişdi”.

Cebhe.info xəbər verir ki, bu fikirlə politoloq Elxan Şahinoğlu çıxış edib.

Onun sözlərinə görə, ATƏT-in Minsk qrupunun illər uzunu bölgəyə hər səfəri, Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə keçirdikləri görüşlər medianın diqqət mərkəzində olurdu:

“Onlar müxtəlif həll planları hazırlayır, onun ətrafında uzun-uzadı müzakirələr aparırdılar. Əslində isə həmsədrlər 27 il ərzində işğalçının nazı ilə oynadılar. Belə vəziyyətdə müharibə qaçılmaz idi, bunu mən illər uzunu söyləyirdim. Bu illərdə jurnalistlərin həmsədrlərin səfərləriylə bağlı çoxsaylı suallarına cavabı bu idi: “İşğalçı qarşısında real güc görməyənə qədər torpaqlarımızı boşaltmayacaq”. Biz hazırda bununla məşğuluq.

Həmsədrlərin Cenevrədə təşkil etdiyi görüş prezidentin dediyi kimi “bir görüş az və ya bir görüş çox” mənasını daşıyırdı. Həmsədrlər nazirlərin Moskva və Vaşinqton görüşlərindən sonra Cenevrədə görüş təşkil etməklə, sadəcə “biz də varıq” demək – nahaq yerə maaş almadıqlarını “sübut” etmək istəyirdilər. Həmsədrlərin bəyanatı heç nə ifadə etmir.

Bizə heç kim və heç nə mane olmur!”

Həmçinin oxuyun

Türkiyədə son 8 ayın ən yüksək ölümü

Türkiyədə son sutkada 6713 nəfərə COVID-19 diaqnozu qoyulub, 153 nəfər isə bu virusdan ölüb. APA-nın …