Ana səhifə / Dünya / Minlərlə insan ailə zorakılığına “yox” dedi – VİDEO

Minlərlə insan ailə zorakılığına “yox” dedi – VİDEO

İspaniyanın paytaxtı Madrid şəhərində minlərlə insan “Ailə zorakılığına son!” şüarı ilə küçələrə çıxıblar.

Aksiyalara rəvac verən bu yay ərzində İspaniyada 19 qadının öz ərləri, yaxud birlikdə olduqları kişilər tərəfindən qətlə yetirilməsidir. Bu, son onillər ərzində qeydə alınmış ən yüksək göstəricidir.

Aksiya iştirakçıları bildiriblər ki, onlar ailədaxili zorakılıqların dayandırılmasını, gender bərabərliyin təmin olunmasını istəyirlər: “Bu, çox vacibdir və ölkənin gələcəyi bundan asılıdır”.

İspaniya Avropa Birliyi daxilində ailə zorakılığına qarşı aktiv mübarizə aparan dövlətlərdən olsa da, hələ ki, bu sahədə ciddi irəliləyiş yoxdur.

Ölkədə aildaxili zorakılığın qurbanı olmuş qadınların statistikası 2003-cü ildən aparılır. Bu müddətdə 1000-dən çox belə qətl qeydə alınıb. Bu ilin əvvəlindən isə 42 qadın eyni zəmində öldürülüb. Azvision.az

Həmçinin oxuyun

İntihar edən merin vida məktubu: “Günahkaram, cəsədimi yandırın”

Ötən gün axşam saatlarında meyiti tapılan Cənubi Koreyanın paytaxtı Seulun meri Park Von Sun yazdığı …