Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Dünya / Milyonlarla insanın həyatı təhlükədədir

Milyonlarla insanın həyatı təhlükədədir

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı qarşıdakı qışla əlaqədar qaçqın düşərgələrində məskunlaşan milyonlarla Suriya və İraq vətəndaşının həyatının təhlükə qarşısında olmasına dair xəbərdarlıq edib.

Təşkilatın məlumatına əsasən, qaçqınların böyük bir qismi artıq yeddinci ildir ki, çadır düşərgələrində və ya yaşayışa yararsız, istilik sistemi olmayan tikililərdə yaşamaq məcburiyyətdindədirlər. Gözlənilən şaxta, qar, uzunmüddətli yağış və ya tufanlı hava şəraitini nəzərə alaraq, beynəlxalq qurum Yaxın Şərqdə təxminən dörd milyon Suriya və İraq qaçqını üçün qış yardımı proqramına start verib.

Qaçqın düşərgələrində isti paltar, istiliyi saxlayan örtük və yorğan, istilik izolyasiyasına malik çadır və sobaların paylanması proqramın tərkib hissələridir.

BMT Uşaq Fondu (UNICEF) isə müharibə fəlakətinin qış fəlakətinə çevrilməməsi üçün uşaqları qışın soyuğundan qorumaqla bağlı layihələrə başlayıb. Təşkilat bu ilin qış aylarında müharibə bölgələrində 700 mindən artıq uşağa qış yardımı göstərəcək. (AzərTAc)

Həmçinin oxuyun

3 uşaq anası 9 saatlıq əməliyyatdan sonra vəfat etdi – Azərbaycanlı həkim ittiham edilir

Türkiyədə qadın əməliyyatdan sonra ölüb. Hadisə Kayseri şəhərində yerləşən özəl xəstəxanalardan birində qeydə alınıb. 3 …