Çərşənbə axşamı , Noyabr 13 2018
Ana səhifə / Dünya / Millətlər Kubokunda dava – 1 ölü, 37 yaralı

Millətlər Kubokunda dava – 1 ölü, 37 yaralı

Afrika Millətlər Kubokunun seçmə mərhələsi çərçivəsində keçirilən Madaqaskar – Seneqal matçından öncə faciə yaşanıb.

“Qafqazinfo” xəbər verir ki, “Antananarivo” stadionunda təşkil olunan matça həddən artıq çox azarkeşin gəlməsi iğtişaşlara səbəb olub.

Belə ki, arenaya buraxılmayan çoxlu tərəfdar matçı izləmək üçün təhlükəsizlik əməkdaşları ilə əlbəyaxaya çıxıb.

Azarkeşlərin öz arasında da böyük izdiham yaşanıb. Hadisə nəticəsində azı 1 nəfərin öldüyü, 37 nəfərin xəsarət aldığı bildirilir.

Qeyd edək ki, oyun 2:2 hesabıyla başa çatıb.

VIPedu.BIZ

Həmçinin oxuyun

Türkiyədə 60-dan çox əsgər həbs edilib

Türkiyədə FETÖ təşkilatına qarşı keçirilən əməliyyatlar zamanı saxlanılan hərbi qulluqçular barəsində məhkəmə hökm çıxarıb. Belə …