Ana səhifə / Dünya / Merkelin təyyarəsi təcili eniş etdi – G20 sammitinə gecikəcək

Merkelin təyyarəsi təcili eniş etdi – G20 sammitinə gecikəcək

G20 sammiti üçün Argentinaya yola düşən Almaniya kansleri Angela Merkelin təyyarəsi təcili eniş etməli olub.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, hökumət avialaynerində baş verən texniki nasazlıqla əlaqədar təyyarə Kölndə məcburi eniş edib.

Yaranan nasazlıq təyyarənin yer ilə əlaqəsindən cavabdeh olan bütün sistemə təsir edib. Situasiyanın ciddiliyi nəzərə alınaraq baş verənlərdən Almaniya müdafiə naziri Ursula fon der Lyayen də məlumatlandırılıb. Təyyarənin eniş etdiyi Köln aeroportuna yanğınsöndürən maşınları cəlb edilib.

İnsidentlə əlaqədar Merkelin və onu müşayiət edən vitse-kansler Olaf Şolçun G20 sammitinə gecikməli çatacaqları qeyd edilir.

 

Həmçinin oxuyun

Papa qadın məhbusların ayaqlarını yuyub öpdü

Katolik dünyasının ruhani lideri Papa Fransisk katoliklərin bu həftəsonu qeyd etməyə hazırlaşdıqları Pasxa mərasimləri çərçivəsində …