Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Dünya / Merkel Avropadakı qaçqın qəbulu sistemini tənqid edib

Merkel Avropadakı qaçqın qəbulu sistemini tənqid edib

Almaniya kansleri Angela Merkel bildirib ki, onun fikrincə, Avropa İttifaqında (Aİ) qaçqınların qəbulu sistemini tənzimləyən Dublin reqlamenti işləmir. O, bunu İspaniyanın baş naziri Pedro Sançeslə danışıqlardan sonra deyib.

Merkel həmçinin qeyd edib ki, Aİ-də miqrasiya böhranının uğurla tənzimlənməsi üçün bütün tərəflərlə, yəni həm qaçqın qəbul edən ölkələrlə, həm də miqrantları öz ərazisindən keçirib Avropaya ötürən və onların qaçqın düşdüyü dövlətlərlə fəal danışıqlar aparmaq lazımdır.

“Afrika haqqında danışmağımız kifayət etmir, biz Afrika ilə danışmalıyıq”, – deyə o bildirib.

Həmçinin oxuyun

Simonyan Rusiyaya işğalçı dedi – Moskvadan qorxaq cavab 

Alen Simonyan bütün ağlasığmaz sərhədləri keçib. Axar.az xəbər verir ki, bu sözləri Rusiya Federasiya Şurasının …