Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Dünya / Meral Akşener “Altılı masa”nı tərk etdi

Meral Akşener “Altılı masa”nı tərk etdi

“İYİ Partiya” “Altılı masa”nı tərk edib.

Bu barədə partiyanın sədri Meral Akşener bu gün keçirdiyi brifinqdə bildirib.

Akşener qeyd edib ki, prezidentliyə vahid namizəd məsələsində razılıq əldə edilməyib və partiyası CHP lideri Kamal Kılıçdaroğlunun namizədliyini dəstəkləməyə məcbur edilib.

O, buna boyun əyməyəcəklərini deyərək “Altılı masa”nı tərk etdiklərini bəyan edib.

Akşener Ankara Böyük şəhər Bələdiyyəsinin sədri Mansur Yavaş və İstanbul Böyük şəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun namizədliyini dəstəklədiyini, lakin “Altılı masa”nın bunu yekdilliklə rədd etdiyini vurğulayıb. “İyi Partiya”dan başqa, yerdə qalan 5 partiya CHP liderinin namizədliyini dəstəkləyib.

Həmçinin oxuyun

Avropa Komissiyası İrana qarşı sanksiyaları genişləndirə bilər

Avropa İttifaqının rəhbərliyi aprelin 14-nə keçən gecə İsrailə hücuma görə İrana qarşı sanksiyaların genişləndirilməsi məsələsinə …