Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Dünya / Meral Akşənər: “Lazım gəlsə, çadırlar quracağıq”

Meral Akşənər: “Lazım gəlsə, çadırlar quracağıq”

Oktyabrın 25-də qurduqları partiyanın I qurultayını keçirmək üçün Meral Akşənər toplantı keçirmək üçün yer tapa bilmir.

Teleqraf.com türk mediasına istinadla xəbər verir ki, Akşənər indiyə qədər bəzi otellərlə razılaşdıqlarını, hətta müqavilə bağladıqlarını bildirib. Lakin sonradan otel rəhbərləri onlara yer verməkdən imtina edib.

Akşənər bəyan edib ki, nəyin bahasına olursa-olsun, oktyabrın 25-də partiyanı quracaqlar:

“Yer tapa bilməsək, çadır quracağıq. Partiyamızı mütləq oktyabrın 25-də millətimizə açıqlayacağıq. Hər hansı bir qorxu və narahatçılıq bizi yolumuzdan döndərə bilməz”.

Qeyd edək ki, hazırda Millətçi Hərəkat Partiyasından (MHP) istefalar başlayıb. Demək olar ki, MHP-dən hər gün istefalar baş verir. İstefa verənlər isə Akşənərin yaradacağı partiyaya qoşulur.

Həmçinin oxuyun

Hindistan əhalinin sayına görə dünyada birinci yerdə oldu

Hindistan əhalisinin sayına görə dünyada lider ölkə olub. APA xəbər verir ki, bu barədə BMT-nin …