AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, protokola əsasən, cütlük təyyarədən düşərkən qısa müddət dayanmalı idilər ki, jurnalistlər onların şəklini çəkə bilsinlər.

Twitter-də yayılmış kadrlardan görünür ki, Melaniya Donald Trampdan aralıda dayanıb, əlini ona vermir və təyyarədən düşdükdən dərhal sonra maşına tərəf gedir. Tramp tənha qalaraq, fotoqraflara əl yelləyir və özü də maşına əyləşir.

Qeyd edək ki, Melaniya Tramp dəfələrlə amerikalı lideri pis vəziyyətdə qoyub. Belə ki, o, Romaya, daha əvvəl isə İsrailə səfər zamanı ərinin əlindən tutmaqdan imtina edib.