Bazar , Oktyabr 25 2020
Ana səhifə / Dünya / “Mavi”lər çörək zavodunu bağlatdırdı- Bunu da gördük!..-FOTO

“Mavi”lər çörək zavodunu bağlatdırdı- Bunu da gördük!..-FOTO

“Azərbaycanda bu bəlanın proyeksiyası hələlik telekanal, konsert salonlarında, gecə klublarında aydın görünür. Hələlik..”

Rusiyanın Kemerovo şəhərində   “LGBT”(Lesbiyanlar, qeylər, biseksuallar və transgenderlər) nümayəndələrinə  xidmətdən imtina edən özəl çörək zavodu cinsi azlıqların şikayətinə əsasən müvəqqəti olaraq bağlanıb. 

Moderator.az xəbər verir ki, bu haqda yerli medianı  “Ipatov qardaşlarından rus sobasından çörək”  adlı müəssisənin sahibi Anton İpatov  məlumatlandırıb.  Bağlanmanın ilk rəsmi səbəbi  kimi “Rospotrebnadzor”un(Rusiya dövlət nəzarəti orqanı-S.L.) yoxlaması zamanı  çörək zavodunda pozuntuların aşkar edilməsi göstərilib. Digər məsələlərlə yanaşı, ekspertlər özəl müəssisədə mərkəzləşdirilmiş su təchizatı və kanalizasiya sisteminin olmamasından danışıblar.  Eyni zamanda, çörək zavodu ilə Federal antimonopoliya xidmətinin regional rəhbərliyi arasında da problemlər yaranıb. Bu dövlət xidməti cinsi azlıqlara qarşı çıxan bir müəssisəyə xəbərdarlıq etmək qərarına gəlib. Çörək zavodunun rəhbərliyi isə bütün iddiaların əsassız olduğunu,  məhsulun keyfiyyətində heç bir  problem olmadığını və  müəsissənin “digər səbəblərdən bağlandı”ğını iddia edir. 

“Yalan və qərəzli hücumlar səbəbindən bütün hüquqi məsələlər həll olunana qədər zavodumuzun mağazasını müvəqqəti olaraq bağlamalıyıq”, – deyə “Instagram”-da müəssisənin qurucusu Anton Ipatov  yazıb.
İpatovlar ailəsi şəhərdə rus milli və dini adət-ənənələrinə riayət edən, cəmiyyətdə əxlaqsızlığa qarşı kəskin reaksiya verən pravoslav əqidəli bir ailə kimi tanınır. Və fotodan göründüyü kimi, piştaxtanın qarşısında cinsi azlıqlar rusca vulqar bir terminlə  adlanaraq onlara çörək dükanına girişin qadağan olunduğu yazılıb.

P.S. Dəfələrlər dediyimiz kimi, bütün planet üzrə insanları, ayrıca kişi və qadınları təbii yaradılış funksiya və məqsədlərindən sapdırmaq, bəşəriyyəti asanlıqla idarə olunan amorf bir kütləyə döndərmək üçün bəşəri və  milli dəyərlərə qarşı qlobal bir hücum var. Və həmin hücumda ən təhlükəli silah məhz  günü-gündən meydan sulayan “LQBT”  bəlasıdır. Azərbaycanda bu bəlanın proyeksiyası hələlik  telekanal və konsert salonlarında aydın görünür. Hələlik…Ə gər bu gün hər bir normal insan, vətəndaş bu tendensiyaya qarşı bacardığı qədər mübarizə aparmasa, sussa, gələcək nəsillərimiz birbaşa cinsi azlıq, fahişə və narkomanların hakimiyyəti altında yaşamalı və deməli, yer üzündən silinməli olacaq…


Həmçinin oxuyun

Əkrəm İmamoğlu koronavirusa yoluxub

Türkiyə İstanbul Böyük Şəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub. APA-nın …