Cümə , Aprel 19 2024
Ana səhifə / Dünya / “Mariupol yaxınlığında 4600-dən çox məzar qazılıb” – BBC

“Mariupol yaxınlığında 4600-dən çox məzar qazılıb” – BBC

Rusiyanın tam işğalı altında olan Mariupol yaxınlığındakı kütləvi məzarlıqda 1500-dən çox yeni məzar qazılıb.

Bu barədə BBC yeni peyk görüntülərinin təhlilinə əsasən məlumat yayıb.

Xüsusilə qeyd olunur ki, Maxar peykinin son görüntülərinə əsasən Mariupol yaxınlığında Starı Krım, Manquş və Vinoqradnoyedə yerləşən kültəvi məzarlıqlarda yerlərin sayı yazdan bəri durmadan artır.

İnformasiya Davamlılığı Mərkəzi “BBC Panorama” proqramı üçün Starıy Krımın şəklini təhlil edib. İyun ayında aparılan son görüntü təhlilindən sonra orada 1500-dən çox yeni məzar qazıldığı müəyyən edilib. Ümumilikdə, ekspertlərin fikrincə, müharibə başlayandan bəri Mariupol yaxınlığında 4600-dən çox məzar qazılıb. Lakin hələ də bu yerdə dəfn olunanların dəqiq sayını öyrənmək mümkün deyil.

Şəhərdə döyüşlərin getdiyi bir vaxtda oğlu ilə əlaqəsi itən Mariupol sakini Tatyana BBC-yə bildirib ki, bu yay oğlunun axtarışı üçün Vinoqradnoyedəki kütləvi məzarlığa baş çəkib və orada 800-dən çox təzə qəbri saydığını deyib.

Şahidlər bildirdiyinə görə, son aylarda Rusiya hərbçiləri şəhərdə dağılmış binaların dağıntıları altından meyidləri çıxararaq dəfn üçün aparırlar.

Həmçinin oxuyun

Hindistan əhalinin sayına görə dünyada birinci yerdə oldu

Hindistan əhalisinin sayına görə dünyada lider ölkə olub. APA xəbər verir ki, bu barədə BMT-nin …