Şənbə , May 28 2022
Ana səhifə / Dünya / “Makronu təbrik etmək üçün zəng vurdum, dedilər, Eyfeldə əylənir” – Bayden

“Makronu təbrik etmək üçün zəng vurdum, dedilər, Eyfeldə əylənir” – Bayden

ABŞ Prezidenti Co Bayden Fransada keçirilən prezident seçkilərində ikinci dəfə qalib gələn Fransa Prezidenti Emmanuel Makrona dünən zəng vuraraq, təbrik etmək istədiyini, lakin danışa bilmədiyini və bu gün telefon zəngi edəcəyini deyib.

Bu haqda Bayden həftəsonunu keçirdiyi Delaverdən Vaşinqtona gələrkən hava limanında jurnalistlərə danışıb.

“Dünən axşam Makronla danışmağa çalışdım. Onun işçiləri ilə danışdım, onlar Makronun Eyfel qülləsində əyləndiyini söylədilər. Bu gün onunla danışacağam”, – Bayden bildirib.

O, Fransada keçirilən seçkilərin nəticəsindən məmnun qaldığını qeyd edib.

Qafqazinfo 

Həmçinin oxuyun

İranda Heydər Əliyev Mərkəzinin oxşarı tikildi – Fotolar

Bakıdakı dünyaca məşhur Heydər Əliyev Mərkəzinin oxşarı İranda inşa olunub. Milli.Az bildirir ki, İrandakı oxşar …