Cümə axşamı , Yanvar 21 2021
Ana səhifə / Dünya / Makrondan Türkiyəyə: “Suriyadan Liviyaya göndərilən döyüşçülərə görə narahatam”

Makrondan Türkiyəyə: “Suriyadan Liviyaya göndərilən döyüşçülərə görə narahatam”

Fransa prezidenti Emmanuel Makron Türkiyənin dəstəklədiyi müxalif döyüşçülərin Suriyadan Liviyaya göndərilməsinə qarşı çıxır.

Axar.az xəbər verir ki, bu iddia ilə AFP çıxış edib.

“Suriya və digər ölkələrdən Tripoliyə döyüşçülərin gəlməsindən narahatam. Buna son qoyulmalıdır!” – deyə Makron bildirib.

Qeyd edək ki, bundan öncə ingilis mediası Türkiyənin dəstəklədiyi 2 minə yaxın müxalif döyüşçünün Suriyadan Tripoliyə yollandığını iddia etmişdi.

Həmçinin oxuyun

Ermənistanın 30 ildəki itkilərinin sayı açıqlanıb

Ermənistan mətbuatı ölkənin müxtəlif illərdə cəbhədəki itkiləri ilə bağlı statistika dərc edib. Azvision.az “news.am”a istinadən xəbər …