Şənbə , Noyabr 28 2020
Ana səhifə / Dünya / Makron: “Müstəmləkəçilik siyasəti Fransanın böyük səhvi idi”
Mandatory Credit: Photo by Isopix/REX/Shutterstock (6431854o) Emmanuel Macron European Parliament Meeting on poverty, Brussels, Belgium - 19 Oct 2016

Makron: “Müstəmləkəçilik siyasəti Fransanın böyük səhvi idi”

Fransa prezidenti Emmanuel Makron müstəmləkəçiliyi ölkəsinin böyük səhvi hesab edir.

Bu barədə o, Afrika dövləti Kot-d’İvuara səfəri zamanı prezident Alassan Uattarla birgə keçirdiyi mətbuat konfransında danışıb.

O, qeyd edib ki, indi çoxları Fransanın guya hegemonluq kateqoriyaları dünyası barədə düşündüyünü və müstəmləkəçiliyə sadiq olduğunu düşünür. “Amma bu böyük səhv idi, respublikanın səhvi”, – Makron vurğulayıb.

Fransa prezidentinin fikrincə, “ümumi tarixin yeni səhifəsini açmaq” zamanı gəlib.

Fransa lideri Kot-d’İvuara cümə günü gəlib. Makronu üçgünlük səfərdə ölkənin hərbi qüvvələr naziri Florans Parli, həmçinin Silahlı Qüvvələrin Baş Qərargah rəisi Fransua Lekuantr müşayiət edirlər. report

Həmçinin oxuyun

Putin Təhlükəsizlik Şurasını yenə topladı

Rusiya Prezidenti Vladimir Putin bu gün Rusiya Təhlükəsizlik Şurasının daimi üzvləri ilə toplantıda Dağlılq Qarabağdakı …