Şənbə , May 28 2022
Ana səhifə / Dünya / Makron: “Fransa, Türkiyə və Yunanıstan Ukraynada birgə humanitar əməliyyat keçirəcək”

Makron: “Fransa, Türkiyə və Yunanıstan Ukraynada birgə humanitar əməliyyat keçirəcək”

Prezident Emmanuel Makron Fransa, Türkiyə və Yunanıstanın Ukraynanın Mariupol şəhərindən mülki əhalinin təxliyəsi üçün birgə humanitar əməliyyat keçirəcəyini bildirib.

Bu barədə Ordu.az Türkiyə mətbuatına istinadən xəbər verir.

Fransa Prezidentinin sözlərinə görə, 400 min nəfər əhalisi olan Mariupolda hələ də 150 ​​mindən çox mülki şəxs qalıb.

“Fransa, Türkiyə və Yunanıstan əhalinin Mariupoldan çıxarılması üçün birgə humanitar əməliyyat keçirəcək. Bu, yaxın günlərdə baş verəcək”, – Makron deyib.

Makron əlavə edib ki, bu məqsədlə Mariupol şəhər administrasiyası ilə əlaqə yaradılıb.

“Mən və Rusiya Prezidenti Vladimir Putin yaxın 48-72 saat ərzində bu mövzunu telefonla müzakirə edəcəyik”, – Fransa Prezidenti bildirib.

Həmçinin oxuyun

İranda Heydər Əliyev Mərkəzinin oxşarı tikildi – Fotolar

Bakıdakı dünyaca məşhur Heydər Əliyev Mərkəzinin oxşarı İranda inşa olunub. Milli.Az bildirir ki, İrandakı oxşar …