Cümə , Aprel 19 2024
Ana səhifə / Dünya / Maduro yenidən Venesuela prezidenti seçildi

Maduro yenidən Venesuela prezidenti seçildi

Venesueala prezidenti Nikolas Maduro yenidən dövlət başçısı postuna seçilib.

Virtualaz.org xarici KİV-ə istinadən bildirir ki, N.Maduronun namizədliyinə 5,8 milyondan artıq seçici (68 faizə yaxın) səs verib.

Milli Seçki Şurasının rəhbəri Tibisay Lusena bununla bağlı deyib: “92,6 fazi səslərin hesablanmasında sonra deyə bilərik ki, Nikolas Maduro 5 823 718, Enri Falkon 1 820 552, Xavyer Bertuççi isə 925 min səs toplayıb. Səsvermədə seçicilərin 46,01 faizi iştirak edib”.

Beləliklə, Nikolas Maduro 2019-2025 müddətində Venesuelanın prezidenti olacaq.

Bu arada ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Hizer Nauert  Venesuelada keçirilən prezident seçkilərini qeyri-legitim adlandırıb.  Bu barədə Hizer Nauertin “Tvitter”də dərc etdiyi bəyanatda deyilir.

Həmçinin oxuyun

Hindistan əhalinin sayına görə dünyada birinci yerdə oldu

Hindistan əhalisinin sayına görə dünyada lider ölkə olub. APA xəbər verir ki, bu barədə BMT-nin …