Bazar , Yanvar 24 2021
Ana səhifə / Dünya / Madagizdə ayaqlarını itirən erməni əsgər çörək almağa pul tapmır

Madagizdə ayaqlarını itirən erməni əsgər çörək almağa pul tapmır

Qarabağ döyüşlərində məğlub olan Ermənistan ordusunun hərbçiləri səfalət içində yaşayırlar.

Sentyabrın 27-də döyüşə gedən 30 yaşlı Argişti Mikayelyanın ailəsi dövlətdən narazıdır. Qarabağda ayaqlarını itirən Mikayelyanın ailəsi aidiyyəti qurumların onlarla maraqlanmadığını bildirib.

“Evin yeganə qazanc gətirəni Argişti idi. O, yaralandıqdan sonra ciddi sosial problemlərlə üz-üzə qaldıq. Kirayə haqqını ödəyə bilmirik, evdə gündəlik ərzaq belə olmur”, – deyə erməni əsgərin həyat yoldaşı şikayətlənib.

Argiştinin həyat yoldaşının sözlərinə görə, əri cəbhə xəttində, Madagizdə olub. 27 sentyabrda gedib və ayın 6-da yaralanaraq İrəvana gətirilib. Orada ayaqları dizdən aşağı kəsilib.

“Hazırda kirayədə yaşayırıq, aylıq kirayə haqqı 35 min dramdır. Hələ dövlətdən yardım almamışıq, ərim lazımi sənədləri təqdim edib. Dedilər ki, protez məsələsi həll edilsin sonra gələrsiniz. Başqa sözlə, təxirə saldılar”, – deyə qadın evə çörək almağa belə pul tapmadıqlarını söyləyib.

Məlumata görə, gənc ailənin 4 və 2 yaşında iki oğlu var. Ailəyə maddi yardım göstərmək üçün bank hesabı açılıb. Azvision.az

Həmçinin oxuyun

“İcazəsiz aksiya ilə bağlı bir neçə maddə üzrə cinayət işləri başlanılıb” – İstintaq Komitəsi

Moskvada təşkil olunmuş razılaşdırılmamış aksiya ilə bağlı İstintaq Komitəsi tərəfindən cinayət işləri başlanılıb. Bu barədə …