Şənbə , Aprel 20 2024
Ana səhifə / Dünya / Məşhur fizikdən qorxunc açıqlama: “200 il sonra insanlar özlərinə yaşamaq üçün yer axtaracaq”

Məşhur fizikdən qorxunc açıqlama: “200 il sonra insanlar özlərinə yaşamaq üçün yer axtaracaq”

Məşhur fizik Stefan Havkinqdən insanlığın gələcəyi ilə bağlı qorxunc bir fikir söyləyib.

‘Stefan Havkinqin Favorit yerləri” adlı sənədli filmin 2-ci bölümündə məşhur fizik Havkinq deyib ki, qlobal istiliyin davam etməsi dünyada yaşamağı dayanılmaz hala gətirəcək. “200-500 il sonra insanlığın özünə yeni bir yuva axtarması lazım gələcək” deyən fizikin sözlərinə görə, parniklərin təsiri probleminin həll olunmasa, dünya Veneranın taleyini yaşaya bilər.

Musavat.com xəbər verir ki, “Sputnik”in xəbərinə görə, Havkinq eyni zamanda deyib ki, “iqlim dəyişikliyinin olmadığını müdafiə edən biri ilə qarşılaşdığınız zaman onlara Veneraya getmələrini deyin. Səfər xərclərini mən ödəyəcəm”.

Bununla paralel, NASA-nın 2002-ci il tarixli araşdırmasına görə, Venera planeti 4.5 milyard il öncə dünya kimi üzərində su və bitkilərin olduğu bir planet idi, amma qlobal istiləşmənin təsiri ilə okeanlar buxarlandı və günümüzdəki halını aldı.

Parnik qazının təsiri planetin üzərindəki temperaturu 462 santiqrat dərəcəyə qədər yüksəldib. Havkinq deyib ki, dünyanın yaşının 4.5 milyard il olduğunu nəzərə alaraq, insanlığın 200-500 il sonra özünə bir yuva axtarması lazım gələcək.

Həmçinin oxuyun

Hindistan əhalinin sayına görə dünyada birinci yerdə oldu

Hindistan əhalisinin sayına görə dünyada lider ölkə olub. APA xəbər verir ki, bu barədə BMT-nin …